azia.az
azia.az

Alimlər qəhvənin bağırsağa necə təsir etdiyini AÇIQLADI

Bu gün, 08:57

Vaşinqton Universiteti Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, qəhvə bağırsaqda potensial faydalı “L. Asaccharolyticus” bakteriyalarının sayını artırır.

Viral.az xəbər verir ki, tədqiqatın nəticələri “Nature Microbiology” jurnalında dərc edilib.

Tədqiqatda dünyanın müxtəlif ölkələrindən təxminən 77 min nəfər iştirak edib. İlk mərhələdə könüllülərdən öz qidalanma rejimləri haqqında məlumat vermələri xahiş olunub. Tədqiqatçılar xüsusilə qəhvə içmə vərdişləri ilə maraqlanıblar. Daha sonra alimlər könüllülərdən bağırsaq mikrobiotasının tərkibini analiz etmək üçün nəcis nümunələri götürüblər.

Qəhvə həvəskarları ilə onu içməyənlərin bağırsaq mikrobiomunun məlumatlarını müqayisə edən elm adamları əhəmiyyətli fərq aşkar ediblər. Müntəzəm olaraq qəhvə içən insanlarda “Lawsonibacter asaccharolyticus” növü bakteriyaların səviyyəsi qəhvədən çəkinənlərə nisbətən səkkiz dəfə yüksək olub. Bu qanunauyğunluq təcrübə iştirakçıları arasında yaşayış regionundan asılı olmayaraq müşahidə edilib.

Alimlər “L. Asaccharolyticus”un yüksək səviyyəsinin insan sağlamlığına necə təsir edə biləcəyini hələ dəqiq bilmirlər. Buna baxmayaraq, onlar güman edirlər ki, bu fenomen artıq elmi tədqiqatlarda qeyd olunan qəhvənin orqanizmə müsbət təsiri ilə əlaqəli ola bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi