Prezident müəllimlərlə bağlı mühüm FƏRMAN imzaladı
Təhsil Nazirliyinin həyata keçirdiyi funksiyalar artırılıb. Xəbər verilir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, Təhsil Nazirliyi təhsilverənlərin etik davranış və müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarını təsdiq edəcək.