Mahir Abbaszadə: "İrəvan Bakını seçim qarşısında qoyarsa..."
Mahir Abbaszadə: "İrəvan Bakını seçim qarşısında qoyarsa..."
Azərbaycan Prezidenti cənab İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışında çıxşı zamanı ermənilərə, xüsusən də revanşistlərə və onlara havadarlıq edənlərə xatırlatdı ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarında yaradılıb. Bildirdı ki, 1918-ci ilin may ayında qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verildi və bu faktı unutmaq olmaz. Nəticədə qədim diyarımız bizdən ayrı düşdü. Cühuriyyətin süqutundan sonra, bolşeviklərin hakimiyyətə gəlməsindən sonra 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan alınaraq, Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi. Amma sovetlər birliyinin süqutu nəticəsində müstəqilliyini bərpa edən Azərbaycan sürətlə inkişaf edir və Ermənistandan fərqli olaraq müstəqil siyasət yürüdür. Müstəqil siaysəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biridir. Ermənistan isə hələ də forpost olaraq fəaliyyətini davam etdirməkdədir. Əgər bu siaysətini davam etdirərsə, yaxın gələcəkdə bir dövlət olaraq sıradan çıxam ehtimalı var”.
Bunu “Ölkə.Az”a açıqlamasında deputat Mahir Abbaszadə deyib. Deputat bildirib ki, Ermənistandan fərqli olaraq bu illər ərzində Azərbaycan müstəqilliyinin möhkəmlənib, dünyada güclü, nüfuzlu ölkələrdən birinə çevrilməsi istiqamətində həm siyasi, iqtisadi, ordu, beynəlxalq miqyasda çox böyük işlər görülüb. “Bu istiqamətlərdə yürüdülən siyasətin bəhrəsi isə göz qabağındadır. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün beynəlxalq aləmdə təkcə nefuzlu ölkə kimi yox. Eyni zamanda ciddi aktor ölkə kimi qəbul edilir, onunla hesablaşılır. Ölkə başçısının bəyan etdiyi kimi, bundan sonra da güclü olmaq üçün bütün səylərimizi davam etdirəcəyik. Çünki güc amili dünyada ciddi faktordur. Bunun üçün həm iqtisadi. Həm də hərbi gücümüzü artırmaq istiqamətində yürüdülən siyasət uğurla davam etdiriləcək”- deputat qeyd edib.
Ətraflı
Onun sözlərinə görə, Azərbaycanın güclü dövlət olmasının nəticəsidir ki, bölgədə yeni geosiyasi reallıq yaradıb və postmünaqişə dövrünün gündəliyini diktə edə bilir və beynəlxalq güclər tərəfindən də bu reallıq qəbul edilir. “Cənab Prezidentin yürütdüyü siyasətin əsas hədəfi
Cənubi Qafqazı sülh, sabitlik və sıx əməkdaşlıq bölgəsinə çevriməkdir. Azərbaycan siyasətini məhz bu istiqamətində qurub. Bunun üçün ilk növbədə Ermənistanla sülh müqaviləsi imzlanmalıdır. Artıq Avropa İttifaqı kimi mötbər bir təşkilat da belə bir sülhün tez bir zamanda imzalanması üçün səylərini ortaya qoyub.
Bölgədə diktə edən ölkə Azərbaycan olduğundan Ermənistan da Azərbaycanın şərtlərini qəbul edib, sülh sazişi imzalamalı olacaq. Amma bu nə qədər tez imzalanarsa, bölgəyə sülh tez gələr və inkişaf prosesi başlayar. Onsuz da Ermənistan nə qədər prosesi uzatmağa çalışsa da. Azərbaycanın şərtlərini qəbul etmək zorundadır və necə ki, bunu edir. Artıq Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi kimi ciddi məsələlərdə Azərbaycanın irəli sürdüyü təkliflər İrəvan tərəfindən qəbul edilib. Və gələcəkdə də məcburiyyət qarşısında qalıb qəbul etməli olacaq. Çünki bu gün Ermənistan Azərbaycanın şərtlərindən imtina etmək üçün heş bir gücə və resursa malik deyil”- o qeyd edib.
Deputat onu da bildirib ki, əgər Ermənistanda yenindən revanşist meyylər baş qaldırıb, Azərbaycana qarşı hansısa iddialarda bulunarlarsa, o zaman Azərbaycanın da cavabı daha sərt olacaq: “Birincisi, bu gün Ermənistanın Azərbaycana qarşı hər hansı formada ərazi iddiasını reallaşıdrmaq imkanından məhrumdur. Bunun üçün heç bir resursa malik deyil. 44 günlük müharibə nəticəsində Ermənistan elə bir vəziyyətə salınıb ki, onun özünü bərpa etməsi bəlkə bir daha tarix boyu mümkün olmayacaq. Əgər baş qaldırmaq cəhdində olarsa, o növbəti elə bir ağır zərbə alacaq ki, o zaman bunun fəlakət dairəsini hesablamaq mümkün olmayacaq. O zaman Azərbaycan əsgərinin harada dayanacağı hamıya bəllidir...
İkincisi, çıxışımın əvvəldə söylədiyim kimi, Ermənistan tarixi Azərbaycan torpalarında yaradılıb və ərazisi də onun hesabına genişləndirilib. Bütün bunlar tarixi faktdır və Azərbaycan hüquqlarından istifadə edərək, Qərbi Zəngəzura və digər torpaqlara qarşı iddiasını ortaya qoya bilər. Hansı ki, cənab Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın qəti mövqeyini səsləndirib. Azərbaycanın bu imkanlarını reallaşdırmaq gücünə qadirdir. Bunu cənab Prezidenti dediyi kimi Qarabağdan qorxaq dovşan kimi qaçan köçəryanlar, sərkisyanlar və onun ətrafındakılar yaxşı bilir. Odur ki, Ermənistan Azərbaycanı belə bir seşim məcburiyyəti qarşısında qoymaqdansa, konstruktiv mövqe sərgiləyib, bölgənin sülh, sabitlik və əməkdaşlıq bölgəsinə çevrilməsi istiqamətində səy göstərməlidir”.
Mürtəza
Ölkə.Az