azia.az
azia.az

Prezident və birinci xanım Ağalı kəndində uşaq bağçasında yaradılan şəraitlə tanış olublar, məktəbə baxış keçiriblər

28-05-2022, 07:44


Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kənddəki uşaq bağçasında yaradılan şərait barədə məlumat verildi. Həmçinin kənd tam orta məktəbinə baxış zamanı distant təhsil həllərinin təqdimatı keçirildi.
Prezident və birinci xanım Ağalı kəndində uşaq bağçasında yaradılan şəraitlə tanış olublar, məktəbə baxış keçiriblər

Xəbər verilir ki, Bakıdakı Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ilə canlı bağlantıda Prezident İlham Əliyev dedi: Əminəm ki, Ağalı məktəbi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin arasında əlaqələr bundan sonra da davam edəcək. Burada oxuyan uşaqlar gələcəklər Bakıya, sizin şaridlərinizlə, eyni zamanda, müəllim heyəti ilə görüşəcəklər.


Yəni, bu təmaslar davamlı olmalıdır, həm distant təhsillə bağlı, eyni zamanda, canlı təmaslara da böyük ehtiyac var. Yaxın günlərdə ilk vətəndaşlar burada məskunlaşacaqlar. Ondan sonra yaxşı olardı ki, siz müəllimlər və eyni zamanda, uşaqlar buraya gələsiniz, bu gözəlliyi görəsiniz, necə deyərlər, bu videobağlantı artıq canlı bağlantıya keçsin.


Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, 360 şagird yerlik ikimərtəbəli məktəb binası və birmərtəbəli 60 yerlik uşaq bağçasının binasında monolit dəmir-beton, xarici və daxili divarların hörgü işləri, kommunikasiya xətlərinin çəkilişi və damın quraşdırılması üzrə işlər tam başa çatdırılıb, daxili və xarici bəzək işləri görülür.


Göründüyü kimi, “Ağıllı kənd”də müasirlik təkcə qurulan infrastrukturla məhdudlaşmır, burada təhsilə yeni yanaşmanın tətbiqi də mühüm rol oynayır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi