Prezident SƏRƏNCAM İMZALADI
Prezident İlham Əliyev 2022-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və "Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında" Sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, 2022-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1.000.000 (bir milyon) manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməlidir.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilir:
"Təşkilat Komitəsinin sədri
Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Təşkilat Komitəsinin üzvləri
Anar Ələkbərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Fərid Qayıbov - Azərbaycan Respublikasının gənclər və idman naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Emin Əmrullayev - Azərbaycan Respublikasının təhsil naziri
Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri
Sahil Babayev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Məleykə Abbaszadə - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri
Ülvi Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Balakişi Qasımov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru.".