Ərdoğan: “Heç kim Türkiyəni oyundan çıxara bilməz"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universiteti nəzdində Dəniz və Hərbi-Hava Akademiyasının məzunlarına diplomların təqdim edilməsi mərasimində çıxış edib.
“Anadolu” agentliyinə istinadən xəbər verilir ki, o, Türkiyənin uğurlu inkişafına mane olmaq üçün müəyyən dairələrin niyyətlərinin perspektivsiz olduğunu bir daha bəyan edib.
Dövlət başçısı qeyd edib ki, 2023-cü ilin rəmzi olan böyük və güclü Türkiyənin inşasına heç kim mane ola bilməz.
Ərdoğanın sözlərinə görə, ölkəni destabilizə etmək, türk xalqının birliyini pozmaq, gücünü zəiflətmək və Türkiyə dövlətinin nüfuzuna kölgə salmaq cəhdlərinin məqsədi yenidən “Türkiyəni oyundan çıxarmaqdır”.