BMT yenidən Azərbaycan və Ermənistana çağırış edib
BMT iki ölkənin sərhədində davam edən toqquşmaları nəzərə alaraq, Azərbaycan və Ermənistanı təmkinliliyə çağırır.
Azia.az “Report”a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Xak keçirdiyi brifinqdə bildirib.
"Biz tərəfləri israrla təmkinliliyə, gərginliyin artmasına aparan hərəkətlərdən çəkinməyə və dialoq prosesində yaranan məsələləri həll etməyə çağırmaqda davam edirik", - o deyib.