azia.az
azia.az

Kimlər hərbi təlimlərdə iştirakdan boyun qaçıra bilərlər? - AÇIQLAMA

23-09-2020, 11:34


Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması barədə məlumat yayıb.
Kimlər hərbi təlimlərdə iştirakdan boyun qaçıra bilərlər? - AÇIQLAMA
Bundan sonra paytaxt və digər şəhərlərdəki gənclərə Səfərbərlik Xidmətindən zənglər gələrək rayon hərbi komissarlıqlarına yaxınlaşması istənilib.

Komissarlığa dəvət olunan gənclərin istisnasız olaraq təlimlərə cəlb edilməsi cəmiyyətdə bəzi narazılıqlar yaradıb. Belə ki, sosial şəbəkədə gedən müzakirələrdə bəzi gənclərin ailələrinə baxdıqları üçün təlimlərdə iştirak edə bilməsi qeyd olunub. Mövcud vəziyyətdə gənclərin hərbi təlimlərə məcburi cəlb olunması məsələsi müzakirə obyektinə çevrilib.

BAKU.WS mövzu ilə bağlı vəkil Vamiq Şükürova müraciət edib və gənclərin hərbi təlimlərdə iştirakdan imtina hüququnun olub-olmamasını aydınlaşdırıb. Vəkil bildirib ki, bəzi gənclər məcburi qaydada hərbi təlimlərə cəlb olunurlar və onlar bundan imtina edə bilməzlər:

"Hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Bu vəzifəlilər hərbi təlim toplanışlarına çağırıla bilərlər:

Birinci dərəcəli ehtiyatda olanlar - hər dəfə 2 ayadək müddətə beş dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;

İkinci dərəcəli ehtiyatda olanlar - hər dəfə 2 ayadək müddətə üç dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;

Üçüncü dərəcəli ehtiyatda olanlar – 1 ayadək müddətə bir dəfə".

Vəkil əlavə etdi ki, ehtiyatda olan hərbi vəzifəlilər yaşa görə dərəcələrə bölünür və bu son yaş hədlərinədək ehtiyatda olurlar:

"Əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar - birinci dərəcə üzrə 35 yaş, ikinci dərəcə üzrə 45 yaş, üçüncü dərəcə üzrə 50 yaş;

Kiçik zabitlər - birinci dərəcə üzrə 50 yaş, üçüncü dərəcə üzrə 55 yaş;

Baş zabitlər: mayor və polkovnik-leytenantlar - birinci dərəcə üzrə 50 yaş, üçüncü dərəcə üzrə 55 yaş; polkovniklər - birinci dərəcə üzrə 55 yaş, üçüncü dərəcə üzrə 60

Ali zabitlər - birinci dərəcə üzrə 60 yaş, üçüncü dərəcə üzrə 65 yaş.

Ehtiyatda olmağın son yaş həddi qadın zabitlər üçün 50 yaş, gizirlər (miçmanlar) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular sırasından olan qadınlar üçün 45 yaşdır.

Aşağıdakı şəxslər toplanışlar keçməkdən azad edilirlər:

Hərbi vəzifəlilər ehtiyata buraxıldıqdan sonra (hərbi yoxlama toplanışlarından başqa) – 1 il ərzində;
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təxsis edilmiş (bron edilmiş) hərbi vəzifəlilər;
Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət və azadetmə hüququ verən əsasları olanlar;
Qadın hərbi vəzifəlilər;
Mülki aviasiyanın uçuşları bilavasitə təmin edən uçuş və texniki heyəti;
Dəniz gəmilərinin üzgü heyəti (Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan zabitləri istisna olmaqla);
Əyani təhsilalma forması üzrə - təhsil müddətində, qiyabi təhsilalma forması üzrə isə - semestr və sessiya, həmçinin diplom işinin (dissertasiyanın) hazırlandığı və müdafiə edildiyi müddətlərdə (təhsil müəssisəsinin arayışı əsasında);
Hərbi uçotdan çıxarılaraq qulluq (xidmət) etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınanlar".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi