azia.az
azia.az

"Nə məni kimləsə tutublar, nə də yatağıma kimisə salmışam"

13-08-2020, 15:57

"Nə məni kimləsə tutublar, nə də yatağıma kimisə salmışam"

"Hər birinizin fikirlərinə hörmətlə yanaşıram. Bilirəm, məni istəyənlər də, istəməyənlər də var. Amma bu o demək deyil ki, məni istəməyənlərə qarşı pis fikirdəyəm. Bu, sadəcə, şəxsi fikirdi... Həyatda səhvsiz insan yoxdur. Heç kəs ideal deyil".
Azia.AZ xəbər verir ki, bu sözləri günlərdir bloqqer Aysel Şükürova ilə boşanma xəbərləriylə gündəmdən düşməyən Oqtay Əhmədov bildirib. Xəyanət iddialarına cavab verən Oqtay bildirib ki, boşansalar da uşaqlarını birlikdə böyüdəcəklər:

"Hər bir ailədə söz-söhbət ola bilər. O da evin içində qalmalıdır. Evin qapısından kənara çıxamamlıdır. Nə birinci ayrılanıq, nə də sonuncu. Boşananlar bizdən də əvvəl olub, sonra da olacaq. Bəli, Aysellə aramızda bəzi söz-söhbətlər ola bilər, o da bizə aid olan məsələdir. Kiminsə ailədaxili söhbətləri kimlərəsə maraqlı gəlməsin. Bizim ayrılığımızı istəyənlər də var, istməyənlər də. Dediyiniz xoş, pis sözlərə görə minnətdaram. Aysellə intriqa aparıb, düşmən olmayacam. O olsa, bu onun şəxsi işidir.

O, mənim uşaqlarımın anasıdır, ayrı yaşasaq belə 3 uşağı bir yerdə böyüdəcəyik. Hər zaman onların yanında olacam və qoruyacam. Aysel güclü qadındır. Şəxsən məni tanımayan, bilməyən insanların ünvanıma dedikləri sözlər mənə çatmır. Amma məni narahat etmirlər, çünki ciddiyə aldığım mövzuda danışıram. Sadəcə, boş söz-söhbətlərə uyub artıq-əskik yazan insanları qınayıram.

Nə məni kimləsə tutublar, nə də yatağıma kimisə salmışam. Sadəcə, düşüncə cəhətdən yazıq olan biri gücü çatmayacaq yükü daşımaq istəyir və ortalığa əsassız bir məlumat atıb. Onun yalanına uyan məntiqsiz insanlar gördüm".

Qeyd edək ki, 400 minlik toy xəbərləri ilə gündəmə gələn Aysel və Oqtay 2017-ci ildə ailə qurublar. Onların əkiz oğulları dünyaya gəlib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi