azia.az
azia.az

"Finala qalib gəlmək üçün çıxmışıq" - Sautqeyt

8-07-2021, 15:49


İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2020-nin yarımfinalında Danimarkaya qalib gələrək finala yüksəldikləri matçdan (2:1) sonra fikirlərini bildirib.
"Finala qalib gəlmək üçün çıxmışıq" - Sautqeyt
Azia.az UEFA-nın saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis deyib ki, indi hiss etdiyi duyğuları sözlə izah etmək çətindir: "Çox gərgin oyun olacağını bilirdim, amma sona qədər vəzifəmizi yerinə yetirəcəyimizə inanırdım. Danimarkanın böyük komanda olduğu heç kimə sirr deyil. Dünyanın hər yerindən çoxlu dəstək alıblar".

Sautqeyt yığmanın çıxışından razı qaldığını bildirib: "Komandamın oyunundan çox məmnunam və futbolçularımın nail olduğu ən vacib şey rəqiblərin təzyiq etdiyi anlarda çaxnaşmaya düşməmələridir. Nəticə etibarilə ölkəmizdəki azarkeşlər bu gözəl axşamın sonunda sevindilər. Penalti epizodunu görmədim. Ona görə də bu epizodu qiymətləndirə bilmirəm. VAR var. Bu səbəbdən mənə elə gəlir ki, hakim qərarı düzgündür. Bu matçda azarkeşlərimizin böyük rolu oldu".

İngiltərəli alışdırıcı iyulun 11-də İtaliyaya qarşı keçirəcəkləri final görüşündən də danışıb: "Finala qalib gəlmək üçün çıxmışıq. Yenidən hazırlaşacağıq. Finala qədər bərpa olunmalıyıq. Çünki bu günkü oyun çox çətin keçdi və güc sərf etdik. İtaliyada da çətinlik çəkdi. Amma onların hazırlaşmaq üçün əlavə bir günü var".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi