Arda Turan “Qalatasaray”a qayıdır
Türkiyənin “Qalatasaray” klubu sabiq futbolçusu Arda Turanı geri qaytarır.
Azia.az xəbər verir ki, Türkiyə mətbuatında yer alan xəbərə görə, İstanbul klubu sabiq kapitanı ilə razılıq əldə edib.
Ötən mövsümün qış fasiləsində “Qalatasaray”a keçmək üçün “Başakşəhər”dən ayrılan Arda yarım illik gecikmə ilə “sarı-qırmızılar”a qoşulacaq. O, “Qalatasaray”la 2+1 illik müqavilə imzalayacaq.
Anlaşmada dəqiq maaşla bağlı bənd olmayacaq. 33 yaşlı yarımmüdafiəçi iştirak etdiyi hər qarşılaşma üçün 15 min avro alacaq.
Qeyd edək ki, Arda 2004-11-ci illərdə də “Qaıatasaray”ın formasını geyinib.