azia.az
azia.az

İçkili halda dava saldı, qulağı kəsildi – VİDEO

29-03-2019, 12:34

İçkili halda dava saldı, qulağı kəsildi – VİDEOSpirtli içki qəbul edib tanımadığı şəxslə əlbəyaxa dava salan şəxsin sonu bıçaqlanma ilə bitib.Oxu.Az xəbər verir ki, hadisə Suraxanı rayonu, Qum adası, Bağ massivində baş verib.
1978-ci il təvəllüdlü Mustafayev Azad Nurəddin oğlu şəxsiyyəti hələlik məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş yaraları, sol qulağın kəsilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta-ağırdır.
Analoji hadisə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi 6-cı mədənin yaxınlığında baş verib.
2002-ci il təvəllüdlü Məmmədov Taleh Nadir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Dərhal xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda vəziyyəti orta-ağırdır.
Hər iki faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi