azia.az
azia.az

Mağazadan şampun oğurlayan kişini döyüb videoya çəkdilər - VİDEO

7-07-2022, 17:19

Mağazadan şampun oğurlayan kişini döyüb videoya çəkdilər - VİDEO
Sosial şəbəkələrdə mağazadan oğurluq etdiyinə görə mağaza sahibi tərəfindən döyülən şəxsin görüntüləri yayılıb.

Görüntülərdə mağaza sahibi və daha bir neçə nəfərin oğurluq etdiyi deyilən şəxsə zorakılıq etdiyi görünür. Onlar üzərindən bir neçə şampun çıxan sakindən 100 manat pul tələb edir, ona şillə vuraraq alçaldırlar. Törətdikləri əməlləri isə videoya çəkirlər.



Görüntülərin Gəncədə şəhərində çəkildiyi iddia edilib.



Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsində həmin görüntülər əsasında dərhal müvafiq araşdırmalar başlanılıb:



“Araşdırmalar zamanı məlum olub ki, 2021-ci ildə Gəncə şəhər sakini, Ə.Qasımov şəhər ərazisindəki mağazalardan birindən oğurluq etdiyi üçün mağaza sahibi Şöhrət Cəfərov və sonuncunun tanışı Zabit Əliyev tərəfindən döyülərək ondan pul tələb edilib. Həmin şəxslər zərərçəkən şəxsin şəxsiyyəti üzərində zor tətbiq göstərməsi, onun haqqında rüsvayedici məlumatlar yayma və ya əmlakının tələf etmə hədəsi ilə 100 manat pul tələb etməsinə görə saxlanılmış, barələrində CM-nin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, Ə.Qasımov bu ilin aprel ayında qanunsuz olaraq narkotik vasitə satmaqda şübhəli bilindiyinə görə həbs olunsa da, daha sonra sərbəst buraxılıb.

Fotoda: Şöhrət Cəfərov
Mağazadan şampun oğurlayan kişini döyüb videoya çəkdilər - VİDEO

Fotoda: Zabit Əliyev
Mağazadan şampun oğurlayan kişini döyüb videoya çəkdilər - VİDEO

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi