azia.az
azia.az

Bakıda dəhşətli olay: gənc qız özünü avtobusdan atıb öldürdü

30-07-2016, 05:15

Bakıda dəhşətli olay: gənc qız özünü avtobusdan atıb öldürdü Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, iyulun 20-də Suraxanı qəsəbəsində Bakı şəhər sakini 1986-ci il təvəllüdlü Şükürova Sevil Ağa qızı Murtuza Qəhrəmanovun 104 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtobusdan özünü atıb. O, avtobus hərəkətdə olarkən açıq qalmış qapıdan özünü atıb. Ağır xəsarətlər alan qadın 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, S.Şükürova iyulun 28-də ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır.

30 yaşlı qızın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Qeyd edək ki, S.Şükürova subay olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi