azia.az
azia.az

DTX əməkdaşları “Riyad” Şirkətlər Qrupunun rəhbərin həbs edib? - İDDİA

14-10-2021, 08:03

DTX əməkdaşları “Riyad” Şirkətlər Qrupunun rəhbərin həbs edib? - İDDİA
Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində, uzun illərdi adı nəinki ölkə mətbuatında, hətta xarici media vasitələrində də yaxşı yöndən hallanmayan “Riyad” Şirkətlər Qrupunun rəhbər şəxslərindən biri - İlham Məmmədov həbs edilib.

Bu barədə, mediada yayılan məlumatda bildirilir ki, İlham Məmmədov bu nüfuzlu biznes qurumunda özünü ən təhlükəli kreslo sahibi kimi tanıdıb.

Məhz bu səbəbdəndir ki, burada baş verən bütün qalmaqallı hadisələrin, insanlara qarşı törədilən xoşagəlməz hücum metodlarının və qanun çərçivəsinə sığmayan digər çoxsaylı bağışlanmaz hərəkətlərin, habelə sahibkarlara qarşı törədilən dələduz əməllərin müəllifi olaraq da, onun adı başda

DTX əməkdaşları “Riyad” Şirkətlər Qrupunun rəhbərin həbs edib? - İDDİA
Məlumata görə, həbs olunan İlham Məmmədov hazırda Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılır. Məlumatda xüsusi olaraq o da vurğulanır ki, istintaqa dəvət olunan şəxslərə İlham Məmmədovun pulla gətirdiyi xarici kriminal şəxslər barədə suallar verilir, cavablar toplanır.

Mövzu diqqətimizdədir və istintaqın gedişi ilə bağlı ətraflı məlumatlar dəyərli oxucularımıza və ictimayətə təqdim ediləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi