azia.az
azia.az

Azərbaycanlılara işgəncə verən erməni cinayətkarlar 20 il müddətinə azadlıqdan məhrum ediliblər

2-08-2021, 16:39

Azərbaycanlılara işgəncə verən erməni cinayətkarlar 20 il müddətinə azadlıqdan məhrum ediliblər

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.

Azia.az "Report"a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç 20 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslər cəzalarının ilk 10 ilini həbsxanada, digər hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi