azia.az
azia.az

22 yaşlı xanım sürücü QORXUNC QƏZA TÖRƏTDİ: içib piyan oldu və...

31-01-2019, 10:24

22 yaşlı xanım sürücü QORXUNC QƏZA TÖRƏTDİ: içib piyan oldu və...
Azia.az xəbər verir k, iÖtən gecə saat 04:30 radələrində paytaxtın Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Yusif Vəzir Çəmənzəminli və Faiq Yusifov küçələrinin kəsişməsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Əliyeva Gülşən idarə etdiyi "Hyundai Elantra" markalı, 90 NG 129 dövlət nömrə nişanlı avtomobili yolun kənarında dayanan yük maşınına çırpıb.

Hadisə G.Əliyevanın həddindən artıq spirtli içki qəbul etməsi və sürət həddini aşması səbəbindən baş verib.

Qəza nəticəsində xəsarət alan Gülşən Əliyeva 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Təcili olaraq reanimasiya şöbəsinə yerləşdirib. Hazırda vəziyyəti orta-ağırdır.

Avtomobildə sürücüdən başqa onun rəfiqəsi də olub. O, qəza zamanı xəsarət almayıb.

Qeyd edək ki, Gülşən Əliyeva idarə etdiyi "Hyundai Elantra" markalı avtomobili "Rent a Car"dan iki günlük icarəyə götürüb.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi