Rayondan gəlib bacanağının qohumu ilə cinsi əlaqəyə girdi, sonra… – Bakıda gecəyarısı ŞOK OLAY
Bakıda intim münasibətdə olduğu qadının qohumunu bıçaqlamaqda təqsirli bilinən 1983-cü il təvəllüdlü Samir Səmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Azia.az publika.az-a istinadən xəbər verir ki, Samir Səmədov Sabirabad rayonunda anadan olsa da, Bakı şəhəri, Yasamal rayonunda evlərdən birində kirayə yaşayıb.
Bacanağının qohumu ilə intim münasibət
Evli olan iki uşaq atası Samir Səmədov paytaxtda tikinti sahələrində fəhləlik edib. Gündəlik əldə etdiyi qazancla ailəsini dolandırıb.
İstintaq sənədlərinə görə, Samir Səmədov paytaxtın Səbail rayonunda yaşayan baldızının əri Sahib Vəliyevin yaxın qohumu Lamiyə Əliyeva ilə görüşüb. Lamiyə ilə tez-tez görüşən Samir Səmədov bir neçə dəfə onunla intim əlaqədə olub.
Gecə yarısı küçələrində tutdu
Samir Səmədovun Lamiyə ilə intim münasibətindən Sahib Vəliyev xəbər tutub. Baldızının əri olan və ailəli olan Samir Səmədovun onun qohumunu ala bilməyəcəyini bilən Sahib Vəliyevə bu intim münasibət xoş gəlməyib.
Bu səbəbdən Sahib Vəliyev 2017-ci il avqustun 25-də, gecə saat 03.00-da Samir Səmədovu yaşadıqları küçədə tutub. O, Samir Səmədovdan burada nə etməsini soruşub.
Mübahisə və 5 bıçaq zərbəsi
Həmin vaxt Samir Səmədov da niyyətini gizlətməyib. O, Sahib Vəliyevə Lamiyə ilə intim münasibətdə olmağa gəldiyini deyib.
Əvvəlcə Sahib Vəliyev ona qohum olduqlarını, belə hərəkətin düzgün olmadığını söyləyib. Amma Samir Səmədov ona kobud cavab qaytarıb.
Buna görə də qohunmların arasında mübahisə yaranıb. Mübahisə zamanı Samir Səmədov üstündə gəzdiridiyi bıçaqla Sahib Vəliyevin qarın nahiyyəsinə 5 bıçaq zərbəsi vurub.
Sahib Vəliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
4 il 6 ay cəza, ümumi rejim
İstintaq orqanı tərəfindən Samir Səmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmənin hökmü ilə Samir Səmədov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm edilib.
Bu hökmdən narazı qalan Samir Səmədov apelyasiya şikayəti verib. O, barəsində azyaşlı uşağının olmasını, zərərçəkmişlə barışmasını yüngülləşdirici hal kimi qəbul edilməsini xahiş edib. Samir Səmədov barəsində həbs olmayan cəza növünün təyin edilməsini istəyib.
Cəzadan 1 il 6 ay çıxıldı
Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrlik etdiyi kollegiyada Samir Səmədovun apelyasiya şikayəti araşdırılıb. Hakim heyəti Samir Səmədovun apelyasiya şikayətini qismən təmin edib və onun cəzasının 3 ilə qədər endirilməsi barədə qərar qəbul edib.
Bu qərardan narazı qalan Samir Səmədov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. Qərara görə, Samir Səmədovun kasasiya şikayəti təmin olunmayıb.