SOCAR Türkiyədə “inqilab“ edəcək
Türkiyədə SOCAR-ın törəmə idarəsi "SOCAR Turkey" kimya səneyesi parkı yaratmaq niyyətindədir
Trend-ə istinadən bildiririk ki, bu barədə SOCAR-ın Türkiyə üzrə məsləhətçisi Həyati Öztürk İstanbulda keçirilən "Dizayn və innovasiyalar" Forumunda deyib.
Onun sözlərinə görə, kimya səneyesi parkının yaradılması Türkiyə üçün innovasiyadır.
H.Öztürk qeyd edib ki, Türkiyədə kimyəvi məhsullara tələbat getdikcə artır və SOCAR-ın kimya istehsalatının təşkili üzrə yeni modeli Türkiyədə yeni istehsal konsepsiyası yaradacaq.
O deyib: "Metandan etilen alınması üzrə işlər aparılır. Bu, enerji sektoru üçün əsl inqilab olacaq, belə ki, ölkənin neftdən asılılıq səviyyəsini azaldacaq".