azia.az
azia.az

“Aromatik amin və hidroksil qrupları saxlayan polikonyuqə olunmuş oliqomerlər və birgəpolimerlər” adlı kitab nəşr olunub

4-11-2021, 23:51

“Aromatik amin və hidroksil qrupları saxlayan polikonyuqə olunmuş oliqomerlər və birgəpolimerlər” adlı kitab nəşr olunub
“Aromatik amin və hidroksil qrupları saxlayan polikonyuqə olunmuş oliqomerlər və birgəpolimerlər” adlı kitab nəşr olunub
Polimer Materialları İnstitutunun “Elektro- və bioaktiv polimer materialları” laboratoriyasının aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Rəna Əhmədova və AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədovun “Aromatik amin və hidroksil qrupları saxlayan polikonyuqə olunmuş oliqomerlər və birgəpolimerlər” adlı kitabı nəşr olunub. 255 səhifədən ibarət olan kitab Poli¬mer Materialları İnstitutunun Elmi şurasının qərarına əsasən “Zərdabi Nəşriy¬ya¬¬t Polioqrafiya”da çap olunub.
Kitabda aromatik aminlərin müxtəlif oksidləşdiricilərin iştirakı ilə oksidləşmə zamanı oliqomerləşməsi, hidroksiarilenlərin oksidləşmə polikondensləşməsi, aromatik aminlərin polikonyuqə olunmuş oliqomerlərinin nanoölçülərdə alınması, naftolların, rezorsinin və aminofenolların polikonyuqə olunmuş polifunksional oliqomerləri, fenolların və aromatik aminlərin oksidləşmə birgə polikondensləşmə reaksiyaları, oliqooksiarilenlərin, oliqooksiaminoarilenlərin və aromatik aminlərin fenollarla və naftollarla binar birgəoliqomerlərinin çevrilmələri və tətbiq istiqamətləri haqqında məlumatlar, ümumi qanunauyğunluqlar və nəzəri müddəalar təqdim edilib. Həmçinin, işlənib hazırlanan proseslərin alınan oliqomer və birgəoliqomerlərin bəzi kimyəvi çevrilmələrinin tədqiqindən alınan nəticələr müzakirə edilib.
Monoqrafiya polimerlərin və polimer kompozisiyaların alınması istiqamətində çalışan elmi işçilər, mühəndislər və texnoloqlar, həmçinin universitet müəllimləri, magistrant, doktorant və dissertantlar üçün nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi