“Putinin violonçelisti”nin əli ilə milyonlarla dollar pul “yuyulub”
Mütəşəkkül cinayətkarlıq və korrupsiyanın araşdırılması üzrə beynəlxalq layihənin jurnalistləri yeni qalmaqalı üzə çıxarıblar.
Onların təsbitlərinə əsasən, Rusiyanın “Troyka dialoq” adlı özəl sərmayə banklarından biri ölkədən çıxarılan 9 milyard dolların yuyulması sxemində iştirak edib.
Bu sxemdən ən çox faydalanan isə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin “pul kisəsi” adlandırılan, musiqiçi Sergey Roldugin olub.
Jurnalistlərin “Troyka-Yuyucu” adını qoyduqları bu fırıldaqçı sistem mütəşəkkil cinayətkarlıqla bağlı şəxslərə və korrupsionerlərə vergidən yayınmağa və xaricdəki əmlaklarını gizlətməyə imkan verib.
Mətbuat təhqiqatçılarının köməyinə sızdırılan bank sənədləri gəlib. Araşdırmada həmçinin Litvanın “15min.lit” saytı da iştirak edib.
Xəbərdə “Troyka Dialoq”un 2000-ci illərdə öz hesablarını Litvanın 2013-cü ildə bağlanan “Ukio Banks”da gizlədən 75 offşordan ibarət şəbəkə qurduğu qeyd olunur. Rusiyadan gələn pullar da elə məhz bu bankın üzərindən keçirmiş.
Məlum olub ki, tranzaksiyaların böyük bir bölümü əslində saxta imiş. Pullar əslində mövcud olmayan əmtəə və xidmətlərin tədarükü üzərindən köçürülürmüş.
Litvanın adı çəkilən bankından Avropanın “Citigroup İnc”., “Raiffeisen”, “Deutsche Bank” kimi iri maliyyə quruluşlarına küll miqdarda maliyyə vəsaiti axıdılıb. Bu pullara isə Böyük Britaniya, Monteneqro, İspaniyada torpaqlar, dəbdəbəli yaxtalar, sənət əsərləri alınıb. Pulların bir hissəsi isə korrupsionerlərin uşaqlarının Qərbin təhsil ocaqlarındakı haqlarının ödənilməsinə, habelə kilsəyə verilən ianələrə sərf olunub.
Sergey Rolduginlə bağlı hesablara isə 69 milyon dollar köçürülüb.
Fırıldaqçı sxemdən Şeremetyevo hava limanının bazaısına çalışan şirkətlər də geniş şəkildə yararlanıblar. Onlar 2003-2008-ci illərdə yanacağın qiymətini qaldırıblar. Bunun sayəsində isə biletlərin qiyməti yüksəlib, büdcə isə 40 milyon dollarlıq vergidən məhrum qalıb.
“Troyka-yuyucu”nun Rusyadan çıxardığı pulları vaxtilə Moskva həbsxanasında öldürülən Sergey Maqnitsikinin də hədəfində olub. Bu sistem Rusiyanın iş və siyasət dairələrinə dövlət şirkətlərində pay almağa və xaricdə daşınmaz əmlaka yiyələnməyə şərait yaradıb.
“Troyka Dialoq”un əsas səhmdarı isə erməni əsilli bankir Ruben Vardanyan olub. 2012-ci ildə bank Sberbanka satılıb.
Vardanyanın sözlərinə görə, 2006-2010-cu illərdə “Troyka Dialoq”un gəlirləri 2 trilyon rubl, yəni 63-65 milyon dollara qədər yüksəlib. Bankir bu işdə fırıldaq olma ehtimalını boynundan atmadan bunu etməyə məcbur olduğunu söyləyib.
“Başa düşün, mən özümü mələk saymıram. Rusiyada sizin 3 yolunuz var: ya inqilabçılığa gedəcəksən, ya ölkəni tərk edəcəksən, ya da “komformist”olacaqsan. Beləliklə məni “konformist” sırasına daxil edə bilərsiz”,-deyə Vardanyan bildirib.
OCCRP-nın məlumatına əssən “Troyka Dialoq”un yuyucu maşınından keçən pullara görə Vardanyan və onun ailəsinin hesbaına 3,2 milyon dollar pul köçürülüb.