Məsələ ilə bağlı Birləşmiş Ştatlara da sorğu göndərilib
Rusiyanın hüquq-mühafizə orqanları Rusiya DİN-in Antikorrupsiya İdarəsinin rəsi müavini Dmitri Zaxarçenkodan götürülən 120 milyon dollar və 2 milyon avronun haradan əldə edildiyini müəyyən edib.
İstiPress-in “Rosbalt”a istinadən verdiyi məlumata görə, bu pullar əvvəlcə “Rusiya Dəmir Yolları” ilə əlaqəli olan firma və banklarda olub. Daha sonra isə vəsait Zaxarçenkonun nəzarəti altında olan şəxslərin depozitlərində peyda olub.
Əməliyyatçlar ehtimal edir ki, pulların İsveçrəyə göndərilməsi üçün hazırlıq görülüb. İsveçrədə polkovnikin atasının bank hesabı var və bunun vasitəsilə yüz milyonlarla avro ölkədən çıxarılıb.
Hüquq-mühafizə orqanlarındakı mənbənin “Rosbalt”a bildirdiyinə görə, Zaxarçenko pulları sellofanlarda saxlayıb. Hər sellofanda 200 min dollar olub.
Rusiya Mərkəzi Bankı Birləşmiş Ştatlara göndərilən sorğunun nəticəsində məlum olub ki, kod və möhürlər üçün sifarişi iki Rusiya bankı verib.
Mənbənin versiyasına görə, bank işçiləri biznesmen qrupları ilə əlaqəli olub və uzun illərdir ki, ölkədən pulları çıxarırlar. Araşdırmalar davam edir. Zaxarçenko korrupsiyada ittiham olunan birinci yüksək rütbəli məmur deyil.
2016-cı ildə Rusiya DİN-in Antikorrupsiya İdarəsinin rəsi müavini Dmitri Zaxarçenko 7 milyon rubl rüşvət alarkən saxlanılıb.
Həbs edilərkən onun üzərindən 20 milyon rubl götürülüb. Zaxarçenkoya qarşı rüşvət ittihamı ilə cinayət işi qaldırılıb. Zaxarçenkonun evindən götürülən pulu bütün gün ərzində saymalı olublar. Zaxarçenkonun evindən müsadirə edələn vəsaitin rubl ekvivalenti milyardlarla hesablanır.