azia.az
azia.az

ABŞ bu dəfə Avropa İttifaqını hədələdi

13-12-2018, 08:44

ABŞ bu dəfə Avropa İttifaqını hədələdi
Azia.az təqdim edir. Avropa İttifaqı ABŞ-ın İrana qarşı sanksiyalarını pozsa, Vaşinqtonun sanksiyaları ilə üzləşə bilər. Oxu.Az xəbər verir ki, bunu ABŞ dövlət katibi Maykl Pompeo BMT Təhlükəsizlik Şurasının İranla bağlı iclasının yekunlarına dair bəyan edib. O bildirib ki, İrana qarşı sanksiyalarla bağlı müəyyən istisnalar var. Söhbət dərman və ərzaqdan gedir. “Əgər ticarət əlaqələri bu istisnalarla bağlıdırsa, biz sanksiya tətbiq etməyəcəyik. Lakin hansısa məhdudiyyətimiz pozulsa, istənilən tərəfə qarşı sanksiya tətbiq etməyə hazırıq”, – deyə o vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi