Harvard universitetinə qarşı ayrı-seçkilik ittihamı
ABŞ Ədliyyə Nazirliyi Harvard universitetinə qarşı addımlar atıb.
Oxu.Az “Buzzfeed News” saytına istinadən xəbər verir ki, buna səbəb universitetdə təshil almaq üçün sənəd verən Asiya əsilli amerikalılara qarşı ayrı-seçkilikdir.
Ədliyyə Nazirliyi bununla əlaqədar məhkəməyə müvafiq sənədləri təqdim edib. Nazirlikdə hesab edirlər ki, Harvard ABŞ Ali Məhkəməsinin tələblərini pozub. Harvard universiteti isə bu ittihamları qəbul etmir.