azia.az
azia.az

ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib

Bu gün, 08:11

ABŞ Prezidenti Donald Tramp bildirib ki, London rəqəmsal xidmətlər vergisindən imtina etməsə, Böyük Britaniyaya böyük tariflər tətbiq edə bilər.

"Report"un məlumatına görə, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

Tramp bildirib ki, Böyük Britaniya vergisi "Apple", "Google" və "Meta" da daxil olmaqla, ABŞ-ın böyük texnologiya şirkətlərinin maraqlarına təsir göstərir.

"Əgər onlar bu vergini ləğv etməsələr, çox güman ki, Böyük Britaniyaya böyük tariflər tətbiq edəcəyik", - deyə ABŞ Prezidenti bildirib.

Böyük Britaniya 2020-ci ildə rəqəmsal xidmətlərə 2% vergi tətbiq edib və bu tədbir əvvəllər Vaşinqtonun tənqidinə səbəb olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi