azia.az
azia.az

Suriya hakimiyyəti ABŞ - dan qisas alır

13-04-2017, 15:18

Suriya hakimiyyəti ABŞ - dan qisas alır

“Koalisiya kimyəvi silah anbarını vurdu, yüzlərlə dinc sakin öldü”

Suriya ordusundan verilən açıqlamaya görə, ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiya qüvvələri Deyr əz Zor şəhərindəki kimyəvi silah anbarına hücum edib.

İstiPress-in “Sputnik Türkiyə”yə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində aralarında uşaqların da olduğu yüzlərlə mülki şəxs ölüb.

Koalisiyanın açıqlamasına görə, hücuma səbəb terrorçuların əlində kimyəvi silah olması ilə bağlı məlumatın əldə edilməsidir.

Xatırladaq ki, ötən həftə Bəşər Əsədə bağlı hərbi aviasiyanın İdlib vilayətinə kimyəvi silahlarla hücumundan sonra Birləşmiş Ştatlar Suriya rejiminə aid “Şayrat” hərbi hava bazasına 59 ədəd "Tomehavk" raketi atmışdı. Daha sonra əməliyyatla bağlı ətraflı açıqlama verən Pentaqon, hücum zamanı Suriya rejiminə aid döyüş təyyarələrinin 20%-ni məhv etdiklərini bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi