Türkiyədə turistlərin olduğu hava şarı yerə çırpılıb.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kapadokyada küləyin təsiri ilə hava şarı yüksək gərginlikli elektrik xəttinə çırpılıb, daha sonra yerə düşüb.
Nəticədə 1 nəfər ölüb, 20 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.