Ağır xəsarət alanlar fəhlələr xəstəxanaya yerləşdirilib
Rusiyanın Voloqda vilayətinin Çerepovets şəhərində yük lifti 12 metrlik yüksəklikdən yerə çırpılıb. Bildirildiyinə görə, liftdə olan 6 fəhlədən bəziləri Azərbaycan vətəndaşları olub. İstiPress-in məlumatına görə, ağır xəsarət alanlar fəhlələr xəstəxanaya yerləşdirilib.
Fəhlələr liftlə metal lövhələri daşıyırmışlar. 47 yaşlı Familin onurğa sütunu sınıb. Faciədə o, özünü günahlandırır – texniki təhlükəsizlik qaydalarını pozub. Qeyd olunur ki, lift insanları sdaşımaq üçün nəzərdə tutulmayıbmış. Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırırlar.