azia.az
azia.az

Bu ölkədə afrikalı tələbələri “Vaqner” dəstəsinə cəlb edirlər

27-11-2022, 10:50


Rusiyada afrikalı tələbələri “Vaqner” özəl hərbi şirkətinə (ÖHŞ) cəlb edirlər və imtina etsələr, onları təqaüddən məhrum edəcəkləri və ya təhsilin qiymətini artıracaqları ilə hədələyirlər.

Bu barədə “

The Daily Beast” nəşri məlumat yayıb.

Jurnalistlər Rostov-na-Donudakı Cənub Federal Universitetinin afrikalı tələbələri ilə söhbət ediblər. Onlar deyirlər ki, təhsil müəssisəsinin nümayəndələri tələbələri 3-5 min dollara “Vaqner” ÖHŞ-yə və ya Rusiya ordusuna qoşulub Ukraynaya döyüşməyə getməyə razı salmağa çalışıblar.

“Yataqxanamızda bizi qarşılayan üç məmur bizi Rusiya üçün döyüşməyə razı salmağa çalışdılar. Onlar dedilər ki, biz Ukraynada qısa müddət döyüşə, bu qədər pul qazana, sonra Rusiyaya qayıdaraq təhsilimizi davam etdirə bilərik. Bəzi afrikalıların artıq Ukraynada döyüşdükləri və yaxşı pul qazandıqlarını dəfələrlə xatırladıblar”, - tələbələr bildiriblər.

İmtina edildiyi təqdirdə tələbələr təhsil haqlarının artırılması və ya təqaüdlərin itirilməsi ilə hədələnirlər. Bundan əlavə, Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları da onları orduya cəlb etməklə məşğul olurlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi