Britaniyada yeni pulların dövriyyəyə buraxılacağı tarix açıqlandı
Böyük Britaniyada yeni kralın təsviri olan pulların dövriyyəyə buraxılacağı tarix açıqlanıb.
Kral 3-cü Çarlzın təsviri olan 5, 10, 20 və funt sterliq nominalındakı kağız pullar 2024-cü ilin ortalarında tədavülə buraxılacaq.
Britaniya Mərkəzi Bankı bildirir ki, kralın pulların üzərində olunacaq fotosu ilin sonunda çəkiləcək. Kraliça 2-ci Elizabetin fotosu olan pullar paralel şəkildə tədavüldə olacaq. Onlar yalnız zədələndikdə dövriyyədən çıxarılacaq.