ABŞ İncirliyə alternativ yaradır - İddia
ABŞ Suriya-Türkiyə sərhədində 4-cü aviabazanı inşa edib. Bazaya 800 xüsusi təyinatlı yerləşdirilib
Axar.az xəbər verir ki, bu barədə İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin mətbu orqanı sayılan “Basnyus” məlumat yayıb.
Sözügedən hərbi bazanın Suriyanın Dırbəsiyyə və Haseke mahalları arasında yerləşən Tiberiya kəndində inşa edildiyi bildirilib. Həmin əraziyə 800 komandosun yerləşdirilməsindən sonra YPG-yə aid qüvvələrin bölgədən geri çəkildiyi də vurğulanıb.
Nəşr iddia edir ki, rəsmi Vaşinqton son vaxtlar geniş müzakirələrə səbəb olan İncirliyə alternativ aviabaza yaratmaq istəyir.