azia.az
azia.az

Putinin xəstəliyi haqqında şayiələr nə qədər səhihdir?

21-07-2022, 23:43

Putinin xəstəliyi haqqında şayiələr nə qədər səhihdir?
Bəri başdan onu vurgulamaqda fayda var ki,rus diktatorun agır xəstəliyə mübtəla olması,ölümünə üç ay qalması,hətta bunkerdə gizlənməsi haqqında fərziyələr həqiqəti əks etdirmir.
Xatırlayırsınızsa,mart ayının əvvəllərində anqlo-sakson mediası belə bir xəbər tirajlamışdı ki,V.Putin yaxın bir neçə ayda öləcək.Mən əvvəldən də bu sayaq informasiyalara şübhə ilə yanaşmışam.Bu,hazırda Rusiya və Qərb(daha çox ABŞ,Böyük Britaniya)arasında informasiya müharibəsinin tərkib elementidir.Tərəflər arasında dezinformasiya müharibəsi vüsət alıb və bu,əslində,psixoloji savaşdır,saldırıdır.
Belə ki,ABŞ MKİ(CİA)-in direktoru Uilyam Börns deyib ki,Putinin səhhəti haqqında dolaşan spekuliyasiyalar dogru deyil və o,olduqca saglamdır.
Diqqət yetirsək görərik ki,Ukraynadakı müharibənin əvvəllərində Putin az qala özünü ətraf aləmdən təcrid etmişdi və biz onun dediklərini köməkçisi Dmitri Peskovdan,ya da Çeçenistanın rəhbəri Ramzan Kadırovdan eşidirdik.Putin ara-sıra efirlərdə görünürdü və o,federasiya subyektlərinin liderlərinə onlayn formada tapşırıqlarını verirdi.
Qayıdaq U.Börnüsün Putin haqqında düşüncələrinə.
Yeri gəlmişkən,U.Börns 2005-2008-ci illərdə ABŞ-ın Rusiyadakı diplomatik korpusuna rəhbərlik edib və onunla görüşüb də.Daha sonra Börns axırıncı dəfə ötən ilin noyabrında Kremldə Putinlə biraraya gəlib.Amerikalı diplomat Putinə Ukraynaya hücum etməməsinə ikna etməyə cəhd göstərib,bunun hətta qlobal təhlükəsizliyə zərbə vuracagını deyib.
U.Börnsin açıqlamalarına görə,Putin hesab edir ki,Rusiya lideri olmaq onun həyatdakı qədəridir və istənilən risqə getməyə hazırdır.
Əslində,V.Putinin siyasi portretinə diqqət yetirsək görərik ki,o,kifayət qədər agıllıdır,risqə getməyi sevir və zənn edir ki,Rusiyanı yenidən qlobal gücə transformasiya edə biləcək.
Ukrayna mövzusuna gəldikdə,Putin inanır və yaxud özünü absalut inandırıb ki,bu ölkəyə nəzarəti ələ keçirə bilməsə,həm Rusiya dagılacaq,həm də onun özü ölkəsinin tarixində "bacarıqsız lider"kimi xatırlanacaq.
Nəhayət,biz düşünürdük ki,Putin öləcək,Ukrayna və post-sovet məkanı Rusiyanın nəzarətindən əbədi olaraq qurtulacaq.Əvəzində,İngiltərənin,İtaliyanın və Finlandiyanın baş nazirləri istefa verdilər.Dünən ABŞ prezidenti Cozef Rubinetto Bayden dedi ki,o,onkoloji xəstədir.Dogrudur,Ag Ev sonra Baydenin sözlərinə düzəliş edərək belə bir açıqlama verdi ki,prezident illər əvvəl dəri xərçəngi xəstəliyindən əziyyət çəkib.Ag Evin açıqlamasına görə,Bayden saglamdır.Nə deyək,təki elə olsun.

Kamal Aliyev, politoloq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi