azia.az
azia.az

Putin ağır xəstədir? - Yeni görüntüləri gündəm oldu - VİDEO

26-04-2022, 08:27


Rusiya Prezidenti Vladimir Putinin Pasxa bayramı zamanı çəkilmiş görüntüləri gündəmə gəlib.

Putin ağır xəstədir? - Yeni görüntüləri gündəm oldu - VİDEO

Görüntülər Putinin səhhəti ilə bağlı xəstəlik iddialarını yenidən aktuallaşdırıb.



Belə ki, görüntülərdə 69 yaşlı Putinin Moskvadakı kilsədə şəhər meri Sergey Sobyaninin yanında dayanmaqda çətinlik çəkdiyi, eyni zamanda, tez-tez dodaqlarını dişləməsi və yalaması əks olunub.



Mərasim zamanı çəkilən görüntülərdə Putinin əyildiyi və narahat davrandığı görünür. Britaniya mediası Putinin gərginliyinin arxasında onun Ukraynadakı uğursuzluğunun olduğunu iddia edib. Həmçinin, onun əsəbi göründüyünü və diqqətini yayındırdığını yazıb.



“Daily Mail” nəşri Putinin dodaqlarını yalamasına diqqət çəkərək, onun haqqında parkinson xəstəliyi iddiasını yenidən gündəmə gətirib.



Qafqazinfo


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi