azia.az
azia.az

ABŞ Ukraynaya hərbi təyyarə göndərəcəyini istisna etməyib

21-07-2022, 08:24


ABŞ Ukraynaya hərbi təyyarə göndərəcəyini istisna etməyib.
ABŞ Ukraynaya hərbi təyyarə göndərəcəyini istisna etməyib
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, general Çarlz Braun deyib.

O, qeyd edib ki, Vaşinqton Ukraynaya Qərb istehsalı olan döyüş təyyarələrinin tədarükü imkanlarını nəzərdən keçirir.

Generalın sözlərinə görə, söhbət həm Amerika qırıcılarından, həm də Avropanın müdafiəsinə aid təyyarələrdən gedə bilər.

"Amerika avadanlığı, İsveçin “JAS 39 Gripen”, “Eurofighter”, “Rafale”i var. Ukraynaya çatdırıla bilən bir sıra platformalar mövcuddur", - Braun bildirib.

Onun sözlərinə görə, hazırda sovet və ya Rusiya istehsalı olan təyyarələrin Kiyevə göndərilməsi məsələsinə baxılmır, çünki belə avadanlıqlar üçün lazımi ehtiyat hissələri tapmaq daha çətindir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi