Ərdoğanın seçkidəki əsas rəqibi bilindi: Sürpriz, yoxsa məlumun elanı?
Türkiyədə 2023-cü ildə keçiriləcək prezident seçkilərinə bir ildən az vaxt qaldığından namizədlik müzakirələri qızışmağa başlayıb.
Xəbər verilir ki, müxalifətin Cümhuriyyət Xalq Partiyası (CHP) sədri Kamal Kılıçdaroğlunun Prezident Rəcəb Tayyib Ərdoğanın qarşısına əsas namizəd olaraq çıxamasına qərar verməsi gündəmdədir.
Belə ki, məşhur jurnalist Barış Yarkadaş bununla bağlı sürpriz bir iddia irəli sürüb.
Jurnalist, Kamal Kılıçdaroğlunun onu ziyarətə gələn bir deputata seçkilərdə prezidentliyə namizədliyini irəli sürəcəyini dediyini yazıb.
O iddia edib ki, CHP sədri namizədliyinin "altılıq masası" tərəfindən qəbul ediləcəyinə inandığını bildirib:
"CHP-dən olan bir deputat Kılıçdaroğlunu ziyarəti zamanı ondan namizəd olub-olmayacağını soruşur. O, isə tərəddüd etmədən namizəd olduğunu bildirir. Kılıçdaroğlu deputata "mən prezidentliyə namizədəm, "altılıq masası"ndan da mənim adım çıxacaq" deyir. O hətta namizədliyi üçün heç bir problem olmayacağına da inanır".
Elmir