azia.az
azia.az

Ərdoğandan Kılıçdaroğlunun əl jestinə sərt təpki: “Ədəbsiz, əxlaqsız!”

8-12-2021, 16:14

Ərdoğandan Kılıçdaroğlunun əl jestinə sərt təpki: “Ədəbsiz, əxlaqsız!”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə parlamentdə büdcə müzakirələri zamanı müxalifət lideri Kamal Kılıçdaroğlunun əl jestinə sərt reaksiya verib.

“Ölkə.Az” xəbər verir ki, Ərdoğan bunları deyib:


“Bir yandan "halal" deyəcəksən, bir tərəfdən də parlamentdə bu iyrənc jesti etməyə cəsarət tapacaqsan. Bunu kim öyrədibsə... Onsuz da yalanla gəlmisən. Yalanla gələn adam kimi indi yerini beləmi qoruyacaqsan? Bu millət belə bir əxlaqsıza belə bir yolu getməyə “haydı yürü” deməz. Ona başqa cür yürü deyər. O, nə qədər belə hərəkət edərsə etsin, biz ona eyni dillə cavab vermərik. Çünki biz hakimiyyət olaraq onun kimi ədəbsiz, əxlaqsız quruluşa, xarakterə malik deyilik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi