Rusiya hərbçiləri daha bir Avropa ölkəsinin sərhədlərinə GİRDİ, DƏRHAL...
Rusiyaya məxsus hərbi kater gün ərzində 2 dəfə Danimarka sularına qanunsuz şəkildə daxil olub. Xəbərə görə, bu barədə Danimarkanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, hərbi kater Kristanso adasının şimalında Danimarka sularına daxil olub. Eyni gəmi bir neçə saat sonra Danimarkanın ərazi sularından keçib. Hərbi dəniz donanmasının xəbərdarlığından sonra gəmi ərazidən uzaqlaşıb. Məsələni müzakirə etmək üçün Rusiyanın səfiri XİN-ə dəvət edilib.