Pəncərədən küçəyə 1 milyon atdı - VİDEO
Çinin Şantou şəhərində qeyri-adi hadisə yaşanıb.
Gununsesi.info xəbər verir ki, lüks mənzildə yaşayan yaşlı qadın eyvandan küçəyə böyük məbləğdə pul əskinasları atıb.
Hadisə nəticəsində küçədə izdiham yaranıb, insanlar yerə səpələnən pulları toplamaq üçün tələsiblər. Bu səbəbdən ərazidə qısamüddətli nəqliyyat sıxlığı da müşahidə olunub.
Şahidlərin bildirdiyinə görə, qadın bir neçə dəfə pəncərəyə yaxınlaşaraq, pul dəstələrini aşağı atmağa davam edib. Əskinasların bir hissəsi küçəyə, bir hissəsi isə yaxınlıqdakı ağac və obyektlərə düşüb.
Hadisədən sonra əraziyə polis cəlb olunub və qadının bu addımının səbəbləri ilə bağlı araşdırma başladılıb.