Ermənistan müxalifəti İrəvanın mərkəzində küçələri bağlamağa başladı
Ermənistan müxalifəti İrəvanın mərkəzində küçələri bağlamağa başlayıb.
Xəbər verilir ki, parlamentin vitse-spikeri, “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyanın sözlərinə görə, saat 08:30-dan etibarən dinc aksiya keçirilir.
Məlumata görə, paytaxtın Fransa meydanında qurulmuş çadırlarda gecələyən müxalifət nümayəndələri tədricən küçələri bağlamağa hazırlaşır.
Bu arada müxalifətin bir hissəsi Koryun küçəsində yürüşə başlayıb.
Onlar daha sonra Heratsi küçəsindəki tuneli bağlayıb.
Artıq hüquq-mühafizə orqanları fəalları polis bölməsinə aparır.
Bundan başqa, Xancyan və Nalbandyan küçələri də bağlanıb.