Peskov Putin və Zelenskinin görüşünün şərtini açıqlayıb
"Rusiya ilə Ukrayna arasında danışıqların yekunu üzrə sənədin imzalanması vəziyyətin normallaşması istiqamətində mühüm addım olacaq".
"Margin.az" xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov "Rossiya 1" telekanalında yayımlanan "Moskva.Kreml.Putin" proqramına müsahibəsində bildirib.
"Rusiya prezidenti Vladimir Putin heç vaxt Volodimir Zelenski ilə görüşdən imtina etməyib, bu, hipotetik olaraq mümkündür. Lakin bu görüş konkret yazılı sənəd hazırlandıqdan sonra mümkündür" , - deyə Peskov vurğulayıb.