Hansı dövlətlər Rusiyaya qarşı sanksiyalara qoşulmadı?
Malayziyanın baş naziri İsmayıl Sabri Yaakob çərşənbə axşamı jurnalistlərə bildirib ki, Malayziya və Vyetnam Rusiyaya qarşı sanksiyaları dəstəkləməmək barədə razılığa gəliblər.
Xarici KİV-lər xəbər verir ki, bunu baş nazirin Vyetnama işgüzar səfərindən sonra mətbuat üçün brifinqdə deyib.
Malayziya hökumətinin başçısı bildirib ki, o, Vyetnamın baş naziri Fam Vinh Çinlə Rusiya-Ukrayna münaqişəsini müzakirə edib və tərəflər bu məsələdə bitərəf qalacaqları barədə razılığa gəliblər.