azia.az
azia.az

“WhatsApp”ın bloklanması təklif edilir

21-03-2022, 21:18

“WhatsApp”ın bloklanması təklif edilir
Rusiyanın İctimai Palatası Federasiya ərazisində “WhatsApp” mesencerinin bloklanmasını təklif edib.

Bunu TASS agentliyinə palatanın işçi qrupunun rəhbəri Aleksandr Malkeviç bildirib.

Qrup rəhbəri bildirib ki, ölkədə "Meta" şirkətinin məhsulları olan “Facebook” və “Instagram” bağlandığı halda, şirkətə məxsus mesencerin açıq saxlanması məntiqsizdir.

“WhatsApp” mesencerində kifayət qədər yalan xəbər yayıldığı halda, onu istisna hal kimi açıq saxlamaq olmaz.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi