Putinin 4 ölümcül səhvi: Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru bir-bir sadaladı
Rusiyanın Ukraynaya müdaxiləsinin Putinin istədiyi kimi getmədiyi ilə bağlı bəyanatlar günü-gündən artır. Əvvəllər Rusiyada səfir olan ABŞ Müdafiə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Skott Berrier "Putin tezliklə hərbi qələbə qazanacağını düşünürdü" deyərək Rusiya liderinin səhv hesablamalarını açıqlayıb.![]()
Skott Berrier Ukraynaya hücumda həyatını itirən Rusiya əsgərlərinin sayının 2-4 min arasında olduğunu açıqlayıb.
Bildirilir ki, Rusiya tərəfi yaxın günlərdə bu rəqəmin 500 civarında olduğunu bildirsə də, Kiyev administrasiyası itkilərin 12 minə çatdığını bəyan edib.
"Hər şey haqqında yanıldı"
ABŞ-ın gümanının kəşfiyyat və açıq mənbə hesabatlarına əsaslandığını bildirən Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berrier isə "Planları çox pis idi" deyib.
Eyni zamanda, MKİ rəhbəri çox tənqidi açıqlamalar verib.