azia.az
azia.az

Döz, mənim gözəlim...”

9-02-2022, 09:05


Döz, mənim gözəlim...”
Putin isə şərtlərin Rusiya prezidenti Vladimir Putin fevralın 7-də Kremldə Fransa prezidenti Emmanuel Makronla keçirdiyi brifinq zamanı Ukraynanın Donbassa xüsusi statusu da nəzərdə tutan Minsk razılaşmasını yerinə yetirməli olduğunu bir daha bildirib. Hansı ki, Kiyev həmin razılaşmanın şərtlərinin ağır olduğunu, Donbassa xüsusi status verməyəcəyini bildirir. Putin isə şərtlərin Ukrayna üçün ağır olması barədə deyilənlərə bu istehzalı fraza ilə reaksiya verib: “Xoşuna gəlir, yaxud gəlmir, döz, mənim gözəlim”/

Xəbər verilir ki, Ukrayna prezidenti Vladimir Zelenski Moskvadan sonra Kiyevə səfər edən Emmanuel Makronla ötən gün keçirdiyi brifinqdə Putinin bu frazasına cavab verib.



“Mən yəqin rusca cavab verəcəm ki, aforizmin müəllifi (Putin,-red.) cavabımı başa düşsün. Şübhəsiz elə məsələlər var ki, onlar barədə Rusiya Federasiyasının prezidenti ilə mübahisə etmək mümkün deyil. Ukrayna doğrudan da gözəldir (gözəl qadın mənasında,-red.). Onun işlətdiyi “mənim” sözünə gəldikdə isə. Burada artıq bir qədər həddini aşmaq var...”Döz, mənim gözəlim” ifadəsinə gəldikdə isə mən hesab edirəm ki, Ukrayna həqiqətən səbrlidir, çünki müdriklik, səbr təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün vacibdir. Və rusiyalılar üçün də çox vacibdir. Çünki bizim səbrimizdən digər tərəfin eskalasiyası asılıdır. Biz öz ölkəmizi müdafiə edirik, biz öz torpaqlarımızdayıq. Bizim səbrimiz təxribatlara təsir edir, çünki biz təxribatlara cavab vermirik, səbr göstəririk. Ona görə də səbr müdriklikdir”,-Zelenski bildirib.My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi