Putin Ukraynaya hücum etməyə qərar verib.
Putin Ukraynaya hücum etməyə qərar verib.
Müharibənin başlamasına saatlar qalıb?
ABŞ prezidenti Cozef Bayden deyib ki,Rusiyanın dövlət başçısı Vladimir Putin Ukraynaya hücum etməyə qərar verib.C.Bayden əmin oldugunu bildirib ki,buna inanmaga səbəb var.
Bayden öz növbəsində onu da vurgulayıb ki,problemin diplomatik yolla həllini istisna etmir və V.Putin Ukraynaya hücum etməyincə,diplomatiya həmişə mümkündür.
Belə ki,hal-hazırda Rusiya hərbçiləri Ukraynanın ətrafını mühasirəyə alıb və artıq 190 min əsgər döyüş hazırlıgı vəziyyətinə gətirilib.
Bundan başqa,Rusiya hökumətinin ehtiyyatda olan hərbçiləri də orduya çagırması haqqında məlumatlar yayılıb.
Görünən budur ki,bu gün Donetskin mərkəzində,hökumət binasının qarşısında baş verən partlayış Rusiyanı Ukraynaya qarşı geniş miqyaslı hərbi müdaxiləyə cəsarətləndirib.
Eyni zamanda,Donetsk və Luqanskdan mülki əhalinin Rusiyanın Rastov regionuna təxliyəsi davam etdirilir.
Yeri gəlmişkən,ABŞ prezidenti C.Bayden onu da dedi ki,Rusiya 2.8 milyon əhalisi olan paytaxt Kiyevə də hücum edə bilər.Bu,ehtimal olduqca dəhşətlidir və belə ssenarinin baş tutacagı təqdirdə Ukraynada ciddi humanitar böhranın baş verəcəyi mümkündür.
İndi seçim Putinindur:o,ya Ukraynayı işgal edib bu ölkədə kütləvi qətliama imza atacaq,ya da diplomatik yolla eskalasiyanın qarşısını almaq üçün danışıqlara başlayacaq.
Əgər Putin eskalasiya variantını seçsə,o zaman Rusiyaya qarşı "kabus"iqtisadi sanksiyalar işə düşəcək.Hələ ki,ABŞ və onun NATO müttəfiqləri arasında Ukrayna məsələsində vahid mövqe,konsolodasiya görmək mümkündür.
Digər bir varian isə budur ki,Rusiya Ukraynada istədiyinə nail ola bilsə,bu,dekabırda ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərə(mid-term election)təsir edəcək.
Hərçənd,hazırda ABŞ-də keçirilən rəy sorgularında respublikaçıların demokratlar qarşısında üstünlüyü var.Yəni,Putinin Ukraynada hər hansı üstünlüyü Nümayəndələr Palatasında respublikaçıların qələbəsinə fürsət yaradacaq.
Üstəlik,hazırkı rəy sorgularında ABŞ prezidenti C.Baydenin nüfuzu 38-39% səviyyəsindədir.Halbuki,bir müddət əvvəl Baydenin nüfuzi 44-45% səviyyəsində idi.
O ki qaldı Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə hücumuna,qeyd edim ki,bu şəhərlə Belorus sərhədi arasında məsafə 120 km-dir.Və nəzərə alsaq ki,hazırda Belorus-Ukrayna sərhədində 30 min rus hərbçisi var.
Ukraynanın ikinci və ən böyük sənaye şəhəri Xarkov və Rusiya sərhədi arasında ümumi məsafə cəmi 80 km-dir.Fərz edirəm ki,Rusiya Xarkovu işgal etməklə,mərkəzi hökumətin şimal və şimal-şərq regionları ilə kommunikasiyasını kəsməyə cəhd edəcək.
Eyni zamanda,Krım yarımadasından və Qara dənizdən də Ukraynanın cənub ərazilərinin(Mariuopol daxil)işgalını ehtimal edirəm.Çünki ruslar bu ərazini çoxdan işgal etmək istəyirdilər ki,Krımın su problemini birdəfəlik həll etsinlər.
Ümid edirəm ki,Ukrayna ordusunun maddi-texniki bazası və döyüş qabiliyyəti 2014-cü ildən daha güclüdür və sona qədər müqavimət göstərə biləcəklər.
Rusiyanın "hibrid"müharibə siyasətinin növbəti hədəfi hansı ölkə(lər)olacaq?
Məncə,Putinin növbəti şikarı Baltikyanı respublikalardır.Deyə bilərsiniz ki,Latviya,Litva,Estoniya 2004-cü ildən Aİ və NATO-nun üzvləridir və Rusiya buna risq etməz.
Dogrudur,ancaq nəzərə alın ki,Latviya və Estoniyanın əhalisinin 25%-i etnik ruslardır və bu,"hibrid"müharibə taktikası üçün əlverişlidir.
Bu mövzunu yaxın tarixdə daha ətraflı işləyəcəm.
Kamal Aliyev, politoloq