azia.az
azia.az

“Ərimdən ayrılmağım üçün pul təklif etdilər” - Əsədin arvadı

19-10-2016, 10:31

“Ərimdən ayrılmağım üçün pul təklif etdilər” - Əsədin arvadı
“Həyat yoldaşımın düşmənləri ölkəmi və ərimi tərk etməyim üçün mənə pul təklif etdilər”

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Suriya prezidenti Bəşər Əsədin xanımı, 41 yaşlı Əsma Əsəd “Rossiya 24” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu təklifi edənlər Suriya prezidentində inam problemi yaratmaq istəyiblər: “Suriyadan qaçmağım üçün təkliflər oldu. Üç uşağımın təhlükəsizliyi və maliyyə baxımından təmin edilməklə məni ələ almaq istədilər. Bu insanların nə əldə etmək istədiklərini başa düşmək üçün dahi olmağa ehtiyac yoxdur. Bu, xalqın prezidentinə qarşı hiss etdikləri inamı qırmaq üçün atılan addım idi. Mən lap əvvəldən burda olmuşam və başqa bir yerdə olmağı da əsla düşünməmişəm”.

Əsma Əsəd ona bu təklifi edənlərin adını açıqlamayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi