Rusiya MN-nin xüsusi təyinatlı təyyarəsi İrəvana gəldi - Sərhədlərin müəyyən edilməsi başlayır
Rusiya Demarkasiya və Delimitasiya Komissiyasının nümayəndələri İrəvana gəlib
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin xüsusi təyinatlı təyyarəsi Ermənistanın Erebuni hava limanına enib. Məlumata görə, bu həftə sərhədlərin demarkasiya və delimitasiya prosesinə başlanacağı bildirilir.
Komissiyanın işinə Rusiya sülhməramlılarının Qarabağdakı keçmiş komandanı, general-leytenant Rüstəm Muradov rəhbərlik edəcəyi deyilir.
Müdafiə Nazirliyinin informasiya şöbəsinin rəisi Qorq Altunyan məxfilik səbəbindən bu suala cavab verməyib.