azia.az
azia.az

Dubayda modellərin çılpaq fotosessiyası: 40 nəfər tutuldu - FOTO

17-11-2021, 09:28

Dubayda modellərin çılpaq fotosessiyası: 40 nəfər tutuldu - FOTO
Dubayda modellərin çılpaq fotosessiyası: 40 nəfər tutuldu - FOTO
Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində çılpaq fotosessiya edən 40 nəfər tutulub.

"RİA Novosti" Rusiya Baş Konsulluğuna istinadən xəbər verir ki, onlardan 8 nəfəri rusiyalıdır.

"Hazırda Dubay polisindən məlumat gözləyirik. Tutulanlar kömək üçün Baş Konsulluğa müraciət ediblər, amma burada nəsə etmək çətindir, məsələ olduqca ciddidir", - deyə bildirilib.

Qeyd edilir ki, Dubayın "Dubai Marina" kurort rayonunda yerləşən binaların birinin eyvanada çılpaq çəkiliş apardıqları üçün tutulan qadınlar 6 ay, çəkilişin təşkilatçısı isə 1,5 ilə qədər həbs cəzası ala və eyni zamanda, onların hər biri 50 min dirhəm (23 139 AZN) cərimə edilə bilərlər.

Bununla yanaşı, müsəlmanların müqəddəs Ramazan ayının başlaması ilə əlaqədar həmin şəxslərin əfv oluna biləcəyi də istisna edilməyib.
Dubayda modellərin çılpaq fotosessiyası: 40 nəfər tutuldu - FOTO
Dubayda modellərin çılpaq fotosessiyası: 40 nəfər tutuldu - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi