azia.az
azia.az

Past: "Erməni xalqına başqa heç nə çatmayacaq"

18-09-2021, 17:25

Past: "Erməni xalqına başqa heç nə çatmayacaq"
Ermənistanda “Qanunsuz mülkiyyətin geri alınması haqqında” qanun layihəsinin müzakirəyə çıxarılacağı barədə xəbərlər, xalqın ümidini az da olsa artırıb. Məlumatlara görə, hakimiyyət bu qanun layihəsindən öz piarı üçün istifadə etməyə çalışır. Guya qanunsuz əldə edilən qənimətlər erməni xalqına qaytarılacaq. Son zamanlar “Past” qəzetinə hakimiyyətə yaxın işgüzar dairələrdən əvvəlki hökumətin iş adamları ilə əlaqə saxladıqları və tezliklə bütün əmlaklarının müsadirə ediləcəyi ilə bağlı məlumatlar daxil olur.

Azia.az xəbər verir ki, qəzetin məlumatına görə, hökumətin “elçiləri” də “ortaq bir dil” tapmaq üçün iş adamlarına “çıxış yolu” təklif edirlər. Qəzetin mənbələrinin verdiyi məlumata görə, hökumət səlahiyyətliləri bir tərəfdən sözügedən qanun layihəsinin tətbiqinin çox çətin, hətta mümkün olmayacağını anlayırlar. Eyni zamanda da müsadirə ediləcək əmlakların “Qızıl Saray”ın aqibətini yaşayacağını bilirlər, hansı ki, vaxtında sözügedən otelin sahibi dövlətə hədiyyə etmişdi.

“Dövlət bu əməlaklardan istifadə edə bilməyəcək. Əgər alıcı tapılsa belə, o zaman yeni suallar ortaya çıxacaq. Deyəcəklər ki, hökumət yalnız özünü düşünür” – qəzet yazıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi