azia.az
azia.az

Tehranda çox böyük terror aktının qarşısı alınıb - RƏSMİ

20-06-2016, 22:11

Tehranda çox böyük terror aktının qarşısı alınıb - RƏSMİ İran hökuməti Tehranda çox böyük terror aktının qarşısının alındığını açıqlayıb.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, bu barədə İranın dövlət televiziyası Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyinə istinadən xəbər yayıb. Xəbərə əsasən ölkənin paytaxtında və vilayətlərində bir neçə partlayış törətməyi planlaşdırmaqda şübhəli bilinən onlarla şəxs saxlanılıb. Xüsusi əməliyyat zamanı partlayıcı vasitə və döyüş sursatları aşkar edilib.

Nazirlik tutulanların kimliyini açıqlamasa da, onların radikal islamçıların adlandırıldığı kimi, “takfirçilər” olduğunu bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi